Dünya Turizm Təşkilatı yüksək nailiyyət və innovasiyaya görə özünün 11-ci mükafatını təqdim edəcək. Təşkilatın saytında yer alan xəbərə görə, mükafatla maraqlananlar namizədliklərini oktyabrın 31-dək irəli sürə bilərlər.
Mükafatlar fərdi şəkildə və turizm sahəsində təşəbbüslər kateqoriyaları üzrə veriləcək. Ayrı-ayrı şəxslərə mükafat onların turizmə dair bilikləri mənimsəmələri və yaratmalarına görə veriləcək. Turizm sahəsində təşəbbüslər kateqoriyasında isə dövlət siyasəti və idarəçilikdə, müəssisələrdə, qeyri-hökumət təşkilatlarında, tədqiqat və texnologiyada innovasiyalar nəzərə alınacaq.
Mükafatın təqdimatı 2015-ci il yanvarın 28-də İspaniyanın paytaxtı Madriddə FİTUR - beynəlxalq turizm ticarət yarmarkasında keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar