Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən iyul ayı ərzində aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib:
"AL Travel" MMC, "Smart Holiday" MMC, "AİS Tourism" MMC və "Meridian Travel" MMC (hamısı Bakı şəhəri).
Nazirlik tərəfindən həmçinin iyul ayında bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib:
"Qoşa Çinar-F" istirahət mərkəzi (Xaçmaz rayonu, Şimali kəndi); "Days" mehmanxanası (Bakı şəhəri, Babək prospekti, 2199-cu məhəllə); "Business Place Hotel" mehmanxanası (Bakı şəhəri, Z. Bünyadov prospekti, ev 146A, 2082-ci məhəllə); "Luxe Lankaran Hotel" (Lənkəran şəhəri, Qala Xiyabanı küçəsi, ev 11); "İçərişəhər" mehmanxanası (Bakı şəhəri, Səbail rayonu, Məmmədyarov küçəsi, ev 1/34, 2082-ci mənzil 1-5); "Şirxan" istirahət mərkəzi (Gədəbəy rayonu, Slavyanka kəndi); "Star Qusar" istirahət mərkəzi (Qusar rayonu, Qusar çayının sağ sahili); "Saf Təbiət" istirahət mərkəzi (Oğuz rayonu, Baş Daşağıl kəndi); "Şəki" mehmanxanası (Bakı şəhəri, Xəzər rayonu, Buzovna ŞTQ, Dənizkənarı, ev 9); "Atropat" mehmanxanası (Bakı şəhəri, İçərişəhər, M. Maqomayev küçəsi, ev 7, 9, 11, 13); "Meridian-F" mehmanxanası (Şəmkir şəhəri, Çingiz Mustafayev küç., 54); "Altıağac Cənnət Bağı" istirahət mərkəzi və "Quba Cənnət Bağı" istirahət mərkəzi (Xızı rayonu, Altıağac qəsəbəsi; Quba rayonu, Amsar kəndi ərazisi).







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar