Dünya Turizm Təşkilatı 27 sentyabr - Dünya Turizm Günü münasibətilə blogger müsabiqəsi keçirir. Təşkilatın rəsmi saytında verilən xəbərə görə, ilk dəfə keçirilən bu müsabiqə turizm mövzusunda yazarları öz baxışlarını bölüşməyə çağırır. Müsabiqə materialında müəllifin turizm təcrübəsi, eləcə də onun turizmdən yararlanan icmalarda olub-olmadığına, özünün mənsub olduğu icmanın turizmdən bəhrələnməsinə dair məsələlərin yer alması vacibdir. Müsabiqənin qalibi Meksikanı gəzmək, eləcə də yerli icma layihələrində iştirak imkanı əldə edəcək.