Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabriki Naftalan və Mingəçevir kimi turizm imkanları geniş olan şəhərlərin turist xəritələrini nəşrə hazırlayıb. Komitədən verilən məlumata görə, hər iki nəşr üç dildə - azərbaycan, ingilis və rus dillərində olmaqla 50x70 sm ölçüsündə, yüksək poliqrafik keyfiyyətdə çap olunacaq.
Fabrikin sözügedən nəşrləri xarici və daxili turistlərin marağına səbəb olacaq, regionlarımızda turizmin inkişafına mühüm töhfə verəcək. Bu xəritələr turistlərə hər hansı obyekti - əsas yolları, küçələrin adlarını, sanatoriyaları, hotelləri, əyləncə və istirahət mərkəzlərini və s. tez tapmasına yardım edəcək.
Qeyd edək ki, Bakı Kartoqrafiya Fabriki bundan əvvəl Bakı və Gəncə şəhərlərinin turist xəritələrini çap edib. Yaxın vaxtlarda isə Sumqayıt, Qəbələ, Quba, Qusar və başqa şəhərlərin də turist xəritələrinin nəşri gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar