Oktyabrın 9-da «Fairmont Baku» hotelində Azərbaycanda yeni formalaşan elit turizminin inkişaf etdirilməsi məqsədilə «Baku Travel Bazaar Exotic» adlı tədbir keçiriləcək. «İnfotour.az» saytının məlumatına görə, tədbirdə beşulduzlu hotellərin, Asiya, Yaxın Şərq ölkələrinin, Amerika, Hind okeanı adalarının, Afrikanın, Avstraliya və Okeaniyanın lüks turizmi üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak edəcək.
Azərbaycanın və Gürcüstanın aparıcı turizm şirkətlərinin təmsilçiləri də iştirakçılar arasında olacaq. Tədbirdə müxtəlif ölkələrin elit turizmi üzrə fəaliyyət göstərən şirkətlərinin əməkdaşları bir-biri ilə tanış olacaq, fikir mübadiləsi aparacaq, öz təcrübələrini bölüşəcəklər. Həmçinin müxtəlif məsələlərə həsr olunmuş seminar və işçi sessiyalar keçiriləcək.
Qeyd edək ki, «Baku Travel Bazaar Exotic»in təşkilatçısı Ukraynanın «Chance Travel Consulting» və Azərbaycanın «R&S Group» şirkətidir. Tədbirə informasiya dəstəyini «İnfotour.az» saytı verəcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar