Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliya Turizm İnstitutunun (EMBRATUR) prezidenti Visente Jose de Lima Neto ilə görüşüb. Səfirlikdən verilən məlumata görə, görüşdə Elnur Sultanov Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətindən bəhs edib, ölkəmizdə turizmin inkişafı sahəsində əldə olunan nailiyyətlər, o cümlədən yaradılmış müasir turizm infrastrukturu və keçirilən beynəlxalq tədbirlər barədə məlumat verib. O, Azərbaycanın turizm sahəsində Braziliya ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bir sıra təşəbbüslərlə çıxış edib.
EMBRATUR-un rəhbəri V.Neto öz növbəsində ölkəsinin turizm sahəsində həyata keçirdiyi siyasət barədə səfirə məlumat verib, institutun Azərbaycanla əməkdaşlıqda və gələcəkdə birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Sonda səfir Elnur Sultanov EMBRATUR-un prezidentinə Azərbaycan mədəniyyətinə və turizminə aid materiallar təqdim edib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar