Dekabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Niyazi adına 22 nömrəli Uşaq musiqi məktəbində Xalq artisti, pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadənin 55 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Əvvəlcə Əzizə Mustafazadənin yaradıcılıq yolu haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan musiqisində caz-muğam janrının banisi Vaqif Mustafazadənin ailəsində dünyaya gələn Əzizə Mustafazadə ilk albomunu 1991-ci ildə “Aziza Mustafa Zadeh” adı ilə çıxarıb. İkinci albomu “Always” (“Həmişə”) albomu ona yüksək alman musiqi mükafatı sayılan “Səs-Akademiyas” və “Soni”nin “Exo” mükafatlarını qazandırıb. Əzizə Mustafazadə hazırda ailəsi ilə birlikdə Almaniyada yaşayır.

Sonra şagirdlərin ifasında caz musiqi nümunələri səsləndirilib.

Konsert alqışlarla qarşılanıb.