2014-cü ilin birinci yarısında ölkəmizə 361 min Rusiya vətəndaşı səfər edib. Rusiyanın Turizm üzrə Federal Agentliyinin («Rosturizm») saytında yerləşdirilmiş statistik məlumata görə, ilin birinci yarısında Rusiya vətəndaşlarının xaricə turist səfərlərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz azalaraq 20 milyon 139 min nəfər təşkil edib.
Ötən ilin analoji dövrünə nisbətən Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 13 faiz azalıb və 347 min nəfər təşkil edib. Məlumata görə, 2013-cü ilin ilk yarısında ölkəmizə 415 min Rusiya vətəndaşı gəlib.
2014-cü ilin birinci yarısında rusiyalıların daha çox səfər etdiyi ölkələrin sırasına Finlandiya (2,195 milyon nəfər), Türkiyə (1,794 milyon) və Ukrayna (1,593 milyon) daxildir. Azərbaycan bu siyahıda 17-ci yerdədir.
«Rosturizm»in statistikası fərdi turistləri, eləcə də xaricə bir neçə günlük işgüzar səfər edənləri nəzərdə tutur.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar