İtaliyanın AGİ xəbər agentliyinin saytında Azərbaycan-İtaliya mədəni əlaqələrindən söz açan məqalə yerləşdirilib. İki ölkə arasında mədəni əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu yazan müəllif diqqətə çatdırır ki, qarşılıqlı şəkildə konsertlərin və sərgilərin təşkili, müxtəlif mədəni tədbirlərin birgə keçirilməsi bunun bariz nümunəsidir. “Azərbaycan uzun müddətdir ki, İtaliyanın mədəni həyatına mühüm töhfələr verməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmiri, Müqəddəs Roma katakombalarının bərpası, Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın ayrılması bu töhfənin ən gözəl nümunələrindəndir”, - deyə məqalədə vurğulanır.
Yazıda həmçinin sentyabrın 12-də İtaliyanın Verona şəhərində Azərbaycan musiqisi gecəsinin keçiriləcəyi ilə bağlı məlumat verilir. Qeyd olunur ki, konsertdə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə İtaliyanın tanınmış simfonik orkestri “Orchestra Italiana del Cinema” və “Qarabağ” muğam ansamblı, məşhur ifaçılar Mənsum İbrahimov, Aygün Bayramova və Azər Rzazadə çıxış edəcəklər.
Məqalədə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun fikirlərinə də yer verilib: “Verona bütün dünyada məşhur olan şəhərdir. Bu konsert bizim Verona sakinlərinə hədiyyəmizdir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar