Yardımlı rayon Heydər Əliyev Mərkəzində Lənkəran-Astara RGİİ, rayon İcra Hakimiyyəti və Lənkəran-Astara RMİ-nin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Gənclər və idmançıların həmrəylik festivalı” keçirilib.

Çıxışlardan sonra festival iştirakçıları Yardımlı rayon Mədəniyyət Mərkəzi, Yardımlı Dövlət Rəsm Qalereyası, rayon Uşaq-gənclər inkişaf mərkəzi, Heydər Əliyev Mərkəzi, MKS-nin stendləri ilə tanış olub, rayon idmançılarının nümunəvi çıxışlarını izləyiblər.

Sonda il ərzində yüksək nəticə qazanan idmançılara və məşqçi müəllimlərə, eyni zamanda fəallığı ilə seçilən təşəbbüskar gənclərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.

Tədbir musiqi proqramı ilə davam edib.