Artıq başa çatmaqda olan yay turizm mövsümünün statistikası göstərir ki, ölkə vətəndaşları keçən illərlə müqayisədə daha çox istirahət məkanlarına üz tutublar.
Bu barədə fikirlərini bildirən «Millennium Turizm Konqres DMC»nin direktoru Ruslan Quliyevin sözlərinə görə, bu il istər gəlmə turizm sahəsində, istərsə də daxili turizmdə irəliləyişlərin şahidi oluruq. Şirkət rəhbəri deyir ki, son zamanlar bölgələrdə açılan mehmanxanaların sayının artması, yol infrastrukturunun inkişafı əhalinin ölkə daxilində istirahətə marağını təşviq edir: “Həmçinin bu il xarici ölkələrə də turist axını artıb. Monteneqro, Yunanıstan, Xorvatiya istiqamətində birbaşa çarter reysləri həyata keçirildi. Təbii ki, Türkiyəyə gedən turistlərin sayında daha çoxluq müşahidə olunsa da, digər istiqamətlərdə də müəyyən aktivlik müşahidə olundu.
Azərbaycana isə ümumilikdə götürdükdə MDB məkanından, Qərbi Avropadan, Çin, Malayziya, Yaponiya, körfəz ölkələrindən gələn turistlərin sayında təqribən 5-7% artım müşahidə olunub.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar