Muzeylər Azərbaycanda ən populyar mədəniyyət ocaqlarına çevrilib. Dövlət Statistika Komitəsinin hazırladığı «Azərbaycan təhsili, elmi və mədəniyyəti 2014» statistik hesabatında bildirilir ki, ötən il ölkənin 228 muzeyinə baş çəkənlərin sayı 2 milyon 212 min nəfər olub. Bu, ölkə üzrə rekord göstəricidir. Nəticədə Azərbaycanın hər 1000 nəfər sakininə 238 muzey qonağı düşür. Ölkədə ən çox tarix muzeyləri fəaliyyət göstərir - onların sayı 73-dür. Ən çox qonaq da məhz bu muzeylərə üz tutub - 988 min nəfər. Ötən il muzeylərdə 3094, onlardan kənarda isə 1595 sərgi keçirilib.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar