Polşa Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq şairi, Milli Məclisin üzvü Sabir Rüstəmxanlını “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif edib. Xalq şairi bu mükafata mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb.
   S.Rüstəmxanlı polyak ədəbiyyatının klassiki Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görüb. A.Mitskeviçin “Krım sonetləri”, “Krım sonetləri - pantodeuş” kitabları, həmçinin “Dünya ədəbiyyatı kitabxanası” seriyasından kütləvi tirajla çap olunan “Seçilmiş əsərləri” onun tərcüməsində Azərbaycan oxucusuna təqdim edilib.