Azərbaycanlı rejissorun turizm filmi beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycanlı rejissor Mariya İbrahimovanın “Azərbaycan: Şərqin Avropa cazibəsi” adlı ekran əsəri Serbiyanın Veliko Qradişte şəhərində keçirilən Silafest - VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında ən yaxşı turizm filmi mükafatına layiq görülüb. Festivalın yekun mərasimində mükafat ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşına təqdim edilib.
Qeyd edək ki, Mariya İbrahimovanın “Azərbaycan: Şərqin Avropa cazibəsi” filmi bu il iyunun 25-dən 28-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq Turizm Filmləri Festivalının milli mükafatını qazanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar