Qəbələ rayonunda Hotellər və Restoranlar Assosiasiyasının Ekskursiya Bürosu yaradılıb. Assosiasiyanın sədri Samir Babazadənin sözlərinə görə, qurum müxtəlif layihələrlə ölkənin turizm sektoruna öz töhfəsini verməyə çalışır. Qəbələ rayonunda Ekskursiya Bürosunun yaradılması da bu qəbildəndir: “Ölkəmizdə regional turizm inkişaf edir, bölgələrə üz tutan xarici turistlərin sayı artır. Ekskursiyalar bu xüsusda mühüm əlavə xidmətdir. Hər bir turist gəldiyi məkan haqqında, onun xüsusiyyətləri, mədəniyyəti, tarixi və digər incəliklərindən xəbərdar olmaq istəyir. Bunları isə ona müxtəlif marşrutlar üzrə peşəkar bələdçi və ekskursiyaçılar çatdıra bilərlər. Bundan əlavə, turistlərə çatdırılan məlumatlar maraqlı, dürüst olmalıdır. Ekskursiyalar ölkənin qədim tarixi, mədəniyyəti, mətbəxi, adət və ən-ənənələri, görkəmli şəxsiyyətləri və s. haqqında dolğun məlumat verməlidir”.
Azərbaycan turizmində peşəkar bələdçilərə ehtiyacın olduğu nəzərə alınarsa, belə bir mərkəzin yaradılması xüsusilə önəm kəsb edir. Samir Babazadə qeyd etdi ki, ekskursiya işinin təşkilində müvafiq metodik iş aparılır, marşrutlar hazırlanır, mətnlər tərtib edilir və peşəkar, xarici dilləri bilən bələdçilər hazırlanır. Onun sözlərinə görə, bu gün Qəbələ Dövlət Tarix Bədii Qoruğunun ərazisində yerləşən qədim Qəbələ şəhərinin qalıqları səma altında muzeydir və bura turistlər üçün çox maraqlıdır. Marşrutların sayı artdıqca turistlərə bölgənin digər maraqlı məkanları da təqdim olunacaq.
Həmsöhbətim Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova, Qəbələ Turizm Peşə Məktəbinin müəllimi Aslan İslamov və Çuxur Qəbələ sahəsində arxeoloji qazıntılarda iştirak edən mütəxəssislərin Qəbələ Ekskursiya Bürosunun yaradılmasına köməklik göstərdiklərini bildirdi: “Bir məqamı da diqqətə çatdırım ki, ekskursiya marşrutunun yaradılması ilə iş bitmir. Onun fəaliyyət göstərməsi üçün rayondakı hotellər, istirahət mərkəzləri onların xidmətindən istifadə etməlidir. Bizim yaratdığımız işin davamlı olması onların fəallığından asılıdır. Bu xidmət həm də onlar üçündür”.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar