Türkiyə hökuməti 2023-cü ilə qədər ölkəyə gələn turistlərin sayını ildə 50 milyon nəfərə, bu sahədəki gəlirləri isə 50 milyard dollara çatdırmağı planlaşdırır. Ölkənin mədəniyyət və turizm naziri Ömər Çelik bildirib ki, hazırda qəbul etdiyi turistlərin sayına görə Türkiyə dünyada 6-cı, Avropada isə 4-cü yerdədir. Bu ilin sonunadək ölkəyə gələn xarici qonaqların sayının 34 milyon nəfərə çatacağı gözlənilir.
Yerli (daxili) turistlərin sayının isə 5 milyon nəfərə yüksələcəyi ehtimal olunur. 2014-cü il üçün bu sahədə gəlir göstəricisi 32 milyard dollar həcmində proqnozlaşdırılır.
Fəxriyyə Abdullayeva