Sentyabrın 16-da Azərbaycan Turizm İnstitutu ilə Böyük Britaniyanın Aberistvit Universiteti (Uels) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Mərasimdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov və Aberistvit Universitetinin nümayəndələri - Con Qratan və Murtuza Əli Qəznəvi iki ali təhsil müəssisəsi arasında əlaqələrin qurulmasının faydalı olacağına əminliklərini bildiriblər. Qarşıdakı tədris illərində təhsil, təcrübə, tədqiqat sahəsində əməkdaşlığın genişlənəcəyi vurğulanıb.
Görüşdə iki ali təhsil ocağı arasında dialoqun yaranması, mümkün akademik və tədqiqat imkanları, o cümlədən konkret təşəbbüslərin müəyyənləşməsi kimi məsələlər müzakirə edilib.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar