Mədəniyyət və Turizm Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə həyata keçirdiyi «Ümumi mədəni irs şəhərləri» beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində təşkil olunan seminar yekunlaşıb.
Sentyabrın 16-da «Qafqaz Point» mehmanxanasında başlanan seminarda Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin 3-cü günü iştirakçılar Şamaxı və Ağsu rayonlarına səfər edərək bu bölgələrin arxeoloji və turizm potensialı barədə məlumat alıblar. «Ağsu» arxeoloji-turizm kompleksində təşkil olunan yekun iclasda yaradılacaq yeni birgə turizm məhsulu üzrə razılaşma əldə olunub.
Qeyd edək ki, oktyabr ayında yekunlaşacaq layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması və bu ölkələrin turizm məhsulunun yaradılmasını nəzərdə tutur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar