Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində «BİNE» 20-ci səhiyyə sərgisi çərçivəsində «Sağlamlıq turizmi - turizm sektorunun yeni trendi, marketinq strategiyası və markalaşma» mövzusunda konfrans keçiriləcək.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyindən verilən məlumata görə, tədbirdə Dünya Sağlamlıq Turizmi Şurasının, bir sıra ölkələrin sağlamlıq turizmi qurumlarının nümayəndələrinin iştirakı gözlənilir. Konfransın təşkilinə Mədəniyyət və Turizm Nazirliyi, «İteca Caspian» şirkəti, «Kutvan Consultingi» və «Eco Life» jurnalı dəstək verir.
Konfransda Türkiyə Sağlamlıq Turizminin İnkişafı Şurasının rəhbəri Emin Çakmak və Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev geniş təqdimatla çıxış edəcəklər. İştirakçılara Azərbaycan Turizm İnstitutu və Türkiyənin Afyon Kocatəpə Universiteti haqqında məlumat veriləcək.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar