Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin turizm naziri Enrike Meyerlə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafı, nazir E.Meyerin 2012-ci ildə Azərbaycana səfəri, iki ölkənin nazirlərinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri, Argentinanın Bakıda keçirilən AİTF turizm sərgisində iştirakı diqqət mərkəzində olub.
Səfir Azərbaycanda turizm sənayesinin və infrastrukturunun inkişafı istiqamətində dövlət siyasəti, ölkəmizə xarici turistlərin cəlb edilməsi üçün görülən işlər, bu xüsusda Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlər haqda nazirə məlumat verib.
Görüşdə həmçinin Azərbaycan və Argentina arasında turizm sahəsində əlaqələrin daha da inkişafı üçün müvafiq hüquqi-normativ bazanın razılaşdırılması, institusional səviyyədə təmasların davam etdirilməsi və qarşılıqlı turist axınının artırılmasına xidmət göstərən tədbirlərin təşkili barədə fikir mübadiləsi aparılıb.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar