Azərbaycan kulinarları sentyabrın 12-dən 14-dək Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən kulinariya çempionatında növbəti uğurlarını əldə ediblər.

Sentyabrın 19-da keçirdiyi mətbuat konfransında bu barədə məlumat verən Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bildirdi ki, beynəlxalq çempionatda Azərbaycanın mətbəx ustaları iştirak etdikləri 11 yarışmada 1 qızıl, 5 gümüş, 5 bürünc medal, komanda yarışında isə bir qızıl medal və çempionatın kubokunu (soyuq qəlyanaltı üzrə) qazanıb. Qeyd olundu ki, Rumıniyanın Şərqi Avropa Alternativ Mədəniyyət Assosiasiyasının təşkil etdiyi kulinariya yarışması 2007-ci ildən ənənəvi olaraq keçirilir. Builki çempionatda Azərbaycan, İtaliya, Yaponiya, İsrail, Kipr, Serbiya və Rumıniyadan aşpazlar iştirak edib: “Müxtəlif qruplar üzrə hazırlanmış yeməkləri münsiflər heyəti dadına, təqdim olunmasına, tərkibinin mürəkkəbliyinə və s. aspektlərinə görə qiymətləndirirdilər. Bir faktı da diqqətinizə çatdırım ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşı, komandanın kapitanı Nərmin Babayeva çempionatda münsiflər heyətinin tərkibində yer almışdı».
Çempionatın nəticələrinə əsasən, komanda yarışında Anar Hüseynov, Seymur Cavadov, Hüseyn Quliyev qızıl medal və yarışın kubokunu qazanıblar. Fərdi yarışlarda Seymur Cavadov bir qızıl, iki gümüş, Anar Hüseynov iki gümüş, bir bürünc, Hüseyn Quliyev bir gümüş, iki bürünc, Elnurə Quliyeva iki bürünc medala layiq görülüb.
Çempionat yarışlarından əlavə, italiyalı aşpazların nümayiş etdirdiyi pizza şousu da yaddaqalan olub.
Tahir Əmiraslanov yarışda «Qəbələ Premium» şirkətinin toyuq məhsullarından istifadə olunduğunu da diqqətə çatdırdı: «Uğurumuzda onların da payı var. Bu yaxınlarda Qəbələdə keçirilən “Mürəbbə festivalı”nda «Qəbələ Premium»un məhsulları ilə tanış olmuşduq. Çempionata həmin məhsulları apardıq və nəticə də yüksək oldu».
Sonda mərkəz direktoru beynəlxalq yarışlarda iştirakın əhəmiyyətini vurğulayaraq bildirdi ki, bununla Milli Kulinariya Mərkəzi Azərbaycan mətbəxini dünyada tanıdır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar