Dünya turu
Bir vaxtlar dünyanın az qala yarısına hökm edən, Hindistandan Şimali Amerikaya, Kanadadan Avstraliyayadək söz sahibi olan Böyük Britaniya imperiyasından qalan bugünkü metropoliya Avropanın şimal-qərbində, Britaniya adalarında yerləşən İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uels adlı dörd tarixi vilayəti özündə birləşdirən bir dövlətdir.
Ölkənin hər bir regionu turistdə unudulmaz təəssürat yaradan təkrarolunmaz koloriti və səciyyəvi görünüşü ilə seçilir. Bu günlər Birləşmiş Krallıqdan ayrılmaq üçün referendum keçirən, amma sonda ingilisləri rahatladan nəticəyə qatlanan Şotlandiyanın çölləri və gölləri, ecazkar sahilboyu əraziləri, Uelsin əzəmətli dağları və yaşıl vadiləri, Mərkəzi İngiltərənin şəhərləri, səliqəli parkları bu füsunkarlığın ən bariz nümunələridir.
Böyük Britaniya hər şeyi - təbiəti, tarixi və milli xüsusiyyətləri ilə möhtəşəmdir. Ölkədə daş dövründən başlamış orta əsrlərə qədər bütün tarixi zamanların abidələrinə rast gəlmək mümkündür. Burada ucqar ərazilərdəki sakitlik böyük şəhərlərin şövqlü həyatı ilə ziddiyyət təşkil edir, əhali isə əsrlər boyu qorunub saxlanmış ənənələrə əvvəlki kimi hörmət bəsləyir. Böyük Britaniya dahi Şekspirin, əfsanəvi Robin Hudun, Liverpuldan olan dünyaca məşhur dördlüyün - “Beatles”in vətənidir. Hazırda Böyük Britaniya turizm üzrə dünya liderləri sırasında ilk altılığa daxildir və tarixi yerlər, tanınmış təhsil müəssisələri və əyləncələrin zənginliyi səbəbindən hər il daha çox turist səyahət etmək üçün məhz bu ölkəni seçir.
Biq Ben, Vesminster sarayı, Trafalqar meydanı, Tauer körpüsü...
London Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının, həmçinin İngiltərənin paytaxtıdır. Əsası eramızın 43-cü ilində imperator Klavdinin rəhbərliyi ilə Roma İmperiyası qoşunlarının Britaniya adalarını ələ keçirməsindən sonra qoyulub. Şəhərdə turistləri cəlb edən bir sıra abidələr, muzeylər və görməli yerlər var.
Şəhərdəki zəngli saat qülləsi Biq Ben Vestminster saray kompleksinin bir hissəsidir. 13,5 tonluq 5 ədəd zəng çanağına malik saatın səsini xalq arasında "Britaniyanın səsi" adlandırırlar. Biq Ben Britaniyanın rəmzi sayılır. Biq Beni bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə tikilib. Qüllədəki saat isə 11 iyul 1859-cu ildə işə salınıb. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 m hündürlükdədir. Siferblatının diametri 7 m, əqrəblərinin uzunluğu 2,7 və 4,2 m-dir. Qüllənin dörd tərəfindəki hər siferblatın üzərində latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam primam" - "Tanrı kraliçamız I Viktoriyanı qorusun" sözləri yazılıb. Saatın sağ və sol tərəflərində, qüllənin üzərində latın dilində "Laus Deo" - "Tanrıya şükür" sözləri həkk olunub.
Londonun ən çox ziyarət olunan yerlərindən biri də Trafalqar meydanıdır. Şəhərin mərkəzində yerləşdiyi üçün turistlərin sevimli məkanlarından və Böyük Britaniyanın, həmçinin dünyanın ən məşhur meydanlarından biridir. Meydan indiki adını 1805-ci ildə Britaniya və Fransa donanmaları arasında baş verən və ingilislərin zəfəri ilə başa çatan Trafalqar döyüşünün şərəfinə alıb. Əvvəlki adı Kral IV Uilyam meydanı olsa da, memar Corc Ledvel Teylorun təklifinə əsasən Trafalqar meydanı adlandırılıb. Trafalqar meydanı həm də siyasi nümayişlər və ictimai toplantılar üçün istifadə edilir. Hər il Milad bayramı münasibətilə qurulan ölkənin əsas şam ağacı da burada yerləşdirilir. 8 may 1945-ci ildə məhz bu meydanda Britaniya baş naziri Uinston Çörçil müttəfiqlərin II Dünya müharibəsində Almaniya üzərində qələbə çalması barədə xəbər verib.
Müasir London üçün Vesminster sarayı da orta əsr dövrünün ən gözəl memarlıq abidələrindən sayılır. Kompleksin tikintisi 1097-ci ildə başlanıb və XIV əsrədək davam edib. Məşhur daş ustası Henri Yevel sarayı divarlarının əsasını qoyub. Taxtadan hazırlanmış qapılar kral ailəsinin ən bacarıqlı dülgəri hesab olunan Hyu Erlanda tərəfindən düzəldilib. Saraya turist ziyarəti bitib-tükənmək bilmir.
Tauer körpüsü Temza çayının üzərində tikilib. London qalasının yaxınlığında yerləşdiyi üçün körpü qala körpüsü adlandırılıb. Körpüdə iki kanat yol salınıb. Gəmilərin keçməsi üçün körpünün alt hissəsi açılır.
Əyləncə məkanları, parklar, muzeylər və qəsrlər
Birləşmiş Krallığın ən məşhur turistik məkanlarından biri də “Merlin Entertainments London Eye” hesab olunur. Bu, 135 metr yüksəklikdə, Avropada bilinən ən yüksək fırlanan əyləncə çarxıdır. Buranı ildə üç milyona yaxın turist ziyarət edir.
Ölkədə ekoturizm sənayesi də inkişaf edib ki, burada botanika bağları, meşələr, göllər xüsusi rol oynayır. Bunların içərisində ən məşhuru və turist axını olanı Kyu Kral botanika bağıdır. Londonun cənub-qərb hissəsində Riçmond və Kyu arasında yerləşən sahəsi 121 ha olan bağlar kompleksi, XVIII-XX əsrlərə aid tarixi park landşaftıdır.
Böyük Britaniyanın görməli yerləri sırasında muzeylər və qəsrlər də mühüm rol oynayır. Ölkəyə yolu düşən turist mütləq Viktoriya və Albert muzeyinə baş çəkir. Londonda yerləşən muzey tətbiqi-sənət nümunələri baxımından dünyanın ən zəngin muzeyi sayılır. Burada 4 milyondan çox müxtəlif eksponat 145 zalda ziyarətçilərə təqdim olunur. Bütün dünya ölkələrinin tarixi mədəniyyətini əks etdirən keramik əşyalar, müxtəlif kostyumlar, zinət əşyaları, çap məhsulları, mebellər, o cümlədən vaxtilə Azərbaycandan aparılmış xalça və zərgərlik nümunələri öz gözəlliyi ilə muzeyi ziyarət edənlərin sayını daha da artırır.
Vindzor sarayı isə Britaniya monarxlarının məkanıdır. İngiltərənin Berkşir qraflığının Vindzor şəhərində, Temza çayı sahilində yerləşən iqamətgah doqquz əsrdir ki, monarxiyanın simvolu olub. Onu "bütün dünyada ən romantik qəsr" adlandırırlar.
Qərbin möcüzəsi - Roma hamamları
İngiltərə paytaxtındakı qədim Roma hamam kompleksi də turistlər üçün olduqca maraqlı məkandır. Onun yerləşdiyi küçədə dörd əsas obyekt var: müqəddəs bulaq, Roma məbədi, Roma hamamı və muzey. Böyük Pompey otağı ilə birlikdə əsas hamam turistlərin diqqətini cəlb edən məkanlardandır. O, ildə 1 milyon ziyarətçi qəbul edir və Qərbin möcüzələrindən biri hesab olunur. Ziyarətçilər hamam və muzeyi görə bilərlər, lakin suya girmək qadağandır.
Bir sözlə, gözəl təbiəti, tarixi və milli xüsusiyyətləri ilə cəlbedici olan Böyük Britaniya hər zaman turistlərin maraq obyektindədir.
Mehparə