Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanı hər il müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində təmsil edir. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və hotellər də nazirlik tərəfindən icarəyə götürülən sahədə öz məhsullarını nümayiş etdirmək imkanı əldə edirlər.
2015-ci ildə Azərbaycanın 21 ölkədə keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunması nəzərdə tutulur. Gələn ilin birinci yarısında turizm imkanlarımız aşağıdakı sərgilərdə nümayiş etdiriləcək: EMİTT- İstanbul, Türkiyə (22-25 yanvar); «The New York Times Travel Show» - Nyu-York, ABŞ (23-25 yanvar); Fitur - Madrid, İspaniya (28 yanvar-1 fevral); OTM - Mumbay, Hindistan (4-6 fevral); İTB - Berlin, Almaniya (4-8 mart); «Caucasus Tourism Fair» - Tiflis, Gürcüstan (12-14 mart); MİTT - Moskva, Rusiya, (18-21 mart); UITT - Kiyev, Ukrayna (25-27 mart); İFM («International Family Medicine Conference and Exhibition») - Dubay, OAG (25-27 mart); COTTM - Pekin, Çin (14-16 aprel); KİTF - Almatı, Qazaxıstan (22-24 aprel); ATM - Dubay, OAG (4-7 may); KİHE («İnternational Healthcare Exhibition») - Almatı, Qazaxıstan (13-15 may); İMEX - Frankfurt, Almaniya (19-21 may); KOTFA - Seul, Koreya (30 may-2 iyun). İlin ikinci yarısına isə bu sərgilər nəzərdə tutulur: JATA - Tokio, Yaponiya (sentyabr); Top Resa - Paris, Fransa (sentyabr); TTG - Rimini, İtaliya, (oktyabr); WTM - London, Böyük Britaniya (noyabr); «TT Warsaw İnternational Travel Show» - Varşava, Polşa (noyabr); EİBTM - Barselona, İspaniya (noyabr).
Fəxriyyə Abdullayeva