Sentyabr Fransa paytaxtında sərgilər ayı hesab olunur. Parisin minlərlə sakini və qonaqları müxtəlif sahələri əhatə edən sərgilərə baş çəkməyi sevirlər. Belə tədbirlərdən biri də sentyabrın 23-dən 26-dək Parisin məşhur “Porte de Versailles” salonunda keçirilən ənənəvi “Top Resa” dünya turizm sərgisi idi.
Azərbaycan 2009-cu ildən bu sərgidə iştirak edir. 164 ölkədən 1200-ə yaxın şirkətin qatıldığı budəfəki sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edib. Heyətdə nazirliyin əməkdaşları ilə yanaşı, Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva, “Geo travel”, “Gilan Tourism”, “Regea travel”, “Proxy travel” və “SW travel” şirkətlərinin təmsilçiləri də yer alıb.
Sərginin Azərbaycan üçün ayrılmış guşəsində ölkəmizin tarixi abidələrini, mədəniyyət və incəsənətini, turizm imkanlarını, zəngin milli mətbəxini əks etdirən kitablar, bukletlər, xəritələr və digər çap məhsulları nümayiş etdirilib. Həmçinin Bakının tarixi abidələri, görməli yerləri, ölkəmizin bənzərsiz təbiəti, adət-ənənələri, turizm məkanları ilə bağlı video-çarx nümayiş olunub.
Nümayəndə heyətinin üzvləri ziyarətçilərə ölkəmiz və onun turizm imkanları barədə ətraflı məlumat veriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar