Azərbaycanda «HotelStars Criteria 2010-2014» standartına uyğun olaraq «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi» barədə müvafiq Dövlət Standartının əsasında elektron proqram hazırlanıb. Bu ildən başlayaraq proqram vasitəsilə mehmanxana obyektlərinin təsnifatı aparılır.

Mədəniyyət və Turizm Nazirliyinin Turizm sənayesi ilə iş sektorundan aldığımız məlumata görə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində ekspert qrupu tərəfindən 21 obyektə baxış keçirilib. Respublikada dövlət təsnifatından keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 59-a çatıb. Onlardan 18-i beş ulduz, 31-i dörd ulduz, 7-si üç ulduz, 3-ü iki ulduz kateqoriyasına uyğundur. Qarşıda duran məqsəd I Avropa Oyunları ilə bağlı Bakıda və Mingəçevirdə (avarçəkmə yarışları burada keçiriləcək) hotellərin hamısının təsnifatını aparmaqdan ibarətdir.

Monitorinqlərin ilkin nəticələri

Məlumatda bildirilir ki, bu il ilk dəfə olaraq yeni qayda ilə Bakı şəhərində və Abşeron rayonunda monitorinqlərin keçirilməsinə başlanılıb. 2014-cü ildə Bakı-Abşeronda 128 mehmanxana və mehmanxana tipli obyektdə, 211 turizm şirkətində yoxlamanın həyata keçirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edilib. 66 mehmanxana obyektinə və 110 turizm şirkətinə artıq baxış keçirilib, digərlərində isə bu ilin oktyabr-noyabr tarixlərində monitorinqlərin aparılması nəzərdə tutulur.
Bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə iyun-iyul aylarında monitorinqlər keçirilib. Nəticələrə əsasən təhlillər aparılıb və müvafiq tədbirlər görülüb.
Lisenziyanın saxtalaşdırma halına görə 2 obyektlə bağlı prokurorluq orqanlarına müraciət olunub, fəaliyyətində ciddi nöqsanlar olduğuna görə 2 obyektə verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb, lisenziyası olmadan qeyri-qanuni fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin siyahısı vergi orqanlarına, sanitar-gigiyenik normalara cavab verməyən obyektlərin siyahısı isə səhiyyə orqanlarına göndərilib. Bununla yanaşı, 40-a yaxın qanunsuz turizm fəaliyyəti göstərən şirkət aşkar edilib.

Elektron xidmət sahəsi genişlənir

2014-cü ilin yanvar-sentyabr ayları ərzində turizm fəaliyyəti ilə məşğul olmaq üçün 51 hüquqi və fiziki şəxsin elektron qaydada təqdim etdiyi sənədlərə baxılıb və onlara xüsusi razılıq - lisenziya verilib. Hazırda Azərbaycanda 259 turizm şirkəti fəaliyyət göstərir.
Ölkədə 45 turizm şirkəti xarici turistlərə elektron viza xidməti göstərir. Bu şirkətlər tərəfindən 2014-cü ilin 8 ayı ərzində 11.933 xarici turistə elektron viza verilib. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğul olmaq üçün 67 hüquqi və fiziki şəxs tərəfindən elektron qaydada təqdim edilmiş sənədlərə baxılaraq onlara lisenziya verilib. Hazırda respublika ərazisində 295 hüquqi və fiziki şəxs lisenziya əsasında mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti ilə məşğuldur. 50-yə yaxın mehmanxana və mehmanxana tipli obyektin tikintisi isə davam etdirilir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar