Oktyabrın 4-5-də dünyanın bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da müqəddəs Qurban bayramı qeyd ediləcək. Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkədə fəaliyyət göstərən turizm şirkətlərini və mehmanxanaları bu münasibətlə təşkil etdiyi xeyriyyə aksiyasında iştiraka dəvət edir. Assosiasiyadan verilən məlumata görə, oktyabrın 6-8-də AZTA tərəfindən uşaq sümük-vərəm dispanserinin və 6 saylı uşaq somatik sanatoriyasının sakinlərinə bayram naharı veriləcək, eyni zamanda onların «City Tur» avtobusları ilə Bakı şəhərində gəzintisi təşkil ediləcək. Tur zamanı balacalar “McDonalds”da animasiya proqramına və klounların çıxışlarına tamaşa edəcəklər. Xeyriyyə aksiyasında iştirak etmək istəyənlər AZTA ilə əlaqə saxlaya bilərlər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar