Azərbaycan Turizm İnstitutu Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Nəzrin Əliyeva TEMPUS layihəsi çərçivəsində Almaniyanın Yade Tətbiqi Elmlər Universitetində təşkil edilən intensiv təlim kurslarının iştirakçısı olub. «Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması» (SuToMa) layihəsi üzrə keçirilən tədbirdə iştirakçılara «Mədəniyyətlərarası əlaqələr və onların idarə olunması» mövzusunda xüsusi təqdimatla çıxış imkanı verilib. ATİ-nin əməkdaşı çıxışından sonra iştirakçı tələbələrin Azərbaycanın tarixi, mədəniyyətlərarası əlaqələrinə dair çoxsaylı suallarını cavablandırıb.