Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq Təhsil və 8-ci Azərbaycan Beynəlxalq Karyera sərgiləri öz işinə başlayacaq.

Təşkilatçı «İteca Caspian» şirkətindən aldığımız məlumata görə, bu il adıçəkilən sərgilər dünyanın 20 ölkəsindən 122 iştirakçını bir araya gətirəcək. Ekspozisiya sahəsində ötən illərə nisbətən 20% artım müşahidə olunur.
Sərgidə ənənəvi olaraq milli qruplar da iştirak edəcəklər və onların arasında ölkənin 15 universitetini təqdim edən Litva milli stendi, eləcə də Slovakiyanın 44 universitetini təqdim edən «Study in Slovakia» təşkilatı var.
Bu il Niderland, Qazaxıstan, Latviya və Slovakiya sərgidə ilk dəfə iştirak edir. Krakov Dövlət İqtisad Universiteti (Polşa), Moskva Dövlət İqtisadiyyat, Statistika və İnformatika Universiteti, Budapeşt Beynəlxalq Biznes Məktəbi, Britaniya Ali Dizayn Məktəbi (Moskva), «Webster University» (ABŞ), Malayziyanın Help və Nottingham universitetləri, Niderlandın «Saxion University of Applied Sciences», Maastrixt İdarəetmə Məktəbi və “Inholland” Tətbiqi Elmlər Universiteti və s. xarici universitetlər bu il sərgidə təmsil olunacaq. Sərgiyə Azərbaycanın təhsil müəssisələrindən gələn nümayəndələrin də sayı durmadan artır.
Sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyi də iştirak edəcək və onun stendində qarşıdan gələn illər üçün Təhsil Nazirliyinin plan və proqramları barədə məlumatlar nümayiş etdiriləcək.
Ziyarətçilərə bakalavr, magistratura və aspirantura, eləcə də ikinci ali təhsil və «MBA» proqramları, işgüzar xarici dil kursları, habelə təcrübə və treninqlər təklif ediləcək. Ziyarətçilər universitetə daxil olma, təhsil qiymətləri və s. məsələlərə dair suallara cavab ala biləcəklər. Sərgilər oktyabrın 12-dək davam edəcək.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar