Oktyabrın 10-dan 12-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələri üçün Gədəbəy rayonuna infotur keçiriləcək.
Azərbaycanda Simens qardaşlarının fəaliyyətinin 150 illiyi münasibətilə reallaşdırılan infotur çərçivəsində «Simens qardaşları və turizm marşrutları» mövzusunda dəyirmi masanın, Gədəbəy rayonu ərazisindəki tarixi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur. İnfotur «Azərbaycanda alman məskənləri» və «Qədim Qafqaz Albaniyasının tarixi izləri» adlı mədəni turizm marşrutlarının təşviq olunması məqsədilə həyata keçirilir.
Qeyd edək ki, Simens qardaşlarının ölkəmizdəki fəaliyyətinin 150 illiyi münasibətilə oktyabr ayı ərzində Gədəbəy rayonunda daha bir neçə tədbirin təşkili nəzərdə tutulur.

F.Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar