IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından olan Malta Turizm İnstitutunun təsisçisi və rektoru Mark Ransley Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, tədris şöbəsinin müdiri Nərminə Abdullayeva, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Orxan Musa və Vüsalə Qəhrəmanlı qonağa təhsil ocağının fəaliyyəti, xarici əlaqələri və tədrisin təşkili barədə məlumat veriblər. Öz növbəsində Mark Ransley Malta Turizm İnstitutu barədə həmsöhbətlərini məlumatlandırıb.
Görüşdə iki institut arasında mümkün əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Malta Turizm İnstitutu tərəfindən təşkil edilən yay məktəblərində ATİ tələbələrinin iştirakı bu əməkdaşlıq üçün başlanğıc ola bilər.
Fəxriyyə