Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq bu ilin sentyabr ayında aşağıdakı şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verib: “İmprotex Travel Tours & Conferences” müəssisəsi, “Asan-Tur” firması, “Every Season Travel”, “Efes Travel”, “Sino Tour”, “Casablanca Travel”, “Plane Travel Plus”, “CHİF”, “Visla Tours” MMC.
Mədəniyyət və Turizm Nazirliyi həmçinin sentyabr ayı ərzində "Çinarlı" mehmanxanası, "Swan Hotel" (Bakı şəhəri), "Kür" mehmanxanası (Şirvan şəhəri), "Çıraqqala" istirahət mərkəzi (Xaçmaz rayonu, Nabran), "İmprotex Travel Tours & Conferences müəssisəsinin “Qax qonaq evi" (Qax şəhəri), "Gədəbəy Avtovağzal" mehmanxanası (Gədəbəy şəhəri) və "İsti su" mehmanxanasına (Xaçmaz rayonu, Xudat şəhəri) mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar