Ukrayna jurnalında məqalə dərc olunub

Ukraynanın populyar «AvtoBiznesTur» reklam-informasiya jurnalında ölkəmizin turizm sənayesinin inkişafı haqqında geniş məqalə dərc olunub. «Azərbaycan - turizm və istirahətin inkişafı yolları» sərlövhəli materialda gözəl təbii landşaftlardan, dənizlərdən, başıqarlı dağlardan bəhs olunur, Azərbaycan xalqının çox zəngin tarixi, mədəni və mənəvi dəyərlərinin təbliği kontekstində turizmin və turizm sənayesinin müxtəlif cəhətləri təhlil edilir.
Məqalədə qeyd olunur ki, son on ildə Azərbaycan turizm sahəsinə investisiya qoyuluşu üçün getdikcə daha cazibədar bir məkana çevrilir. Yazıda deyilir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə hökuməti istər paytaxtda, istərsə də təbii-iqlim zonalarını nəzərə almaqla, müxtəlif regionlarda müasir turizm və istirahət sənayesinin yaradılmasına dair proqramlar işləyib hazırlayıb.
Məqalədə Qəbələdəki turizm mərkəzlərindən, «Tufandağ» dağ-xizək kompleksindən ətraflı bəhs olunur. Müəllif Lidiya Koltunova oxuculara xatırladır ki, Qəbələdə hər il beynəlxalq musiqi festivalı keçirilir. Qeyd olunur ki, Qəbələdə beynəlxalq aeroportun açılması ilə Azərbaycanın bu nadir regionuna xarici turistlərin gəlməsi üçün imkanlar genişlənir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar