Mədəniyyət və Turizm Nazirliyinin və Çexiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin bir qrupu oktyabrın 20-dən 24-dək bu ölkədə səfərdə olacaq.

Səfər zamanı Azərbaycan media təmsilçiləri Çexiyanın məşhur kurortlarının yerləşdiyi Karlovı-Varıda və paytaxt Praqada olacaq, ölkənin turizm potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Səfər öncəsi KİV nümayəndələri ilə görüşən Çexiyanın Azərbaycandakı səfiri Vitezlav Pivonka bildirib ki, iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirilməsi hazırda prioritet məsələlər sırasındadır. Səfir deyib ki, bir çox Azərbaycan vətəndaşları Çexiya kurortlarına səfər edirlər. 2014-cü ilin ötən dövrü ərzində səfirlik tərəfindən 800 nəfərə Çexiyaya getmək üçün viza verilib.
Diplomat bu rəqəmin az olduğunu, daha çox azərbaycanlının Çexiyaya səfər etməsinə nail olmaq barədə düşündüklərini diqqətə çatdırıb. Azərbaycanın KİV təmsilçilərinin səfərinin də bu məqsədlə təşkil edildiyini deyən səfir ümidvar olduğunu bildirib ki, infotur iştirakçıları Çexiyadan zəngin təəssüratlarla dönəcəklər.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar