Tədbirdə Maldiv adalarının geniş təqdimatı keçirilib
Oktyabrın 9-da «Fairmont Baku» hotelində Azərbaycanda yeni formalaşan elit turizminin inkişaf etdirilməsi məqsədilə «Baku Travel Bazaar Exotic» adlı tədbir keçirilib.
Ukraynanın «Chance Travel Consulting» və Azərbaycanın «R&S Group» şirkətlərinin təşkil etdiyi tədbirdə Mərakeş, Seyşel adaları, Mavriki adaları, Birləşmiş Ərəb Əmirliklərinin və digər ölkələrin tanınmış hotelləri və turizm şirkətləri təmsil olunub.
«Chance Travel Consulting» şirkətinin nümayəndəsi Viktoriya Beloy bildirib ki, dünyanın lüks turizmi üzrə məşhur şirkətlərinin təmsilçilərini Bakıda bir araya gətirməkdə əsas məqsəd onları Azərbaycanın turizm imkanları ilə tanış etməkdir. Gürcüstanın aparıcı turizm şirkətləri təmsilçilərinin də tədbirdə olduğunu deyən qonaq görüşün işgüzar əlaqələr qurulması üçün gözəl fürsət olduğunu vurğulayıb.
Maldiv Respublikası təmsilçiləri tədbir çərçivəsində seminar da təşkil ediblər. Bu ölkənin Marketinq və Turizm Departamentinin direktoru Məhəmməd Adam əsas istirahət mərkəzləri haqqında iştirakçılara məlumat verib. Onun sözlərinə görə, Maldiv Respublikasının 350 min əhalisi var. Ölkənin ərazisi irili-xırdalı 1190 adadan ibarətdir ki, onların da 100-dən çoxu kurort mərkəzidir: «Adalarda orta temperatur il ərzində 25-32 dərəcə olur. Bu da ölkəmiz barədə səslənən «Həyatın günəş tərəfi» ifadəsini təsdiqləyir. Dünyanın müxtəlif guşələrindən hər gün onlarla çarter reysləri qəbul edirik. Əməkdaşlıq etdiyimiz əsas aviaşirkətlər «Qatar Airways», «Turkish Airlines» və «Fly Dubay»dır».
Məhəmməd Adam onu da bildirib ki, Maldivdə ilk hotel 42 il əvvəl tikilib, indi 110 hotel kompleksi fəaliyyət göstərir. Bu hotellərdə 24 min yerləşdirmə yeri var: «Maldiv adalarında əsasən imkanlı insanlar istirahət edir. Amma ölkəmizə gələn insanların 13 faizi 3 ulduzlu hotellərdə qala bilirlər. Dayvinq, snopkinq, müalicə turizmi üzrə SPA mərkəzləri, serfinq istiqamətləri inkişaf edib».
Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif məsələlərə həsr olunmuş seminarlar, işçi sessiyaları da keçirilib, elit turizmi üzrə fəaliyyət göstərən şirkətlərin əməkdaşları fikir mübadiləsi aparıb, öz təcrübələrini bölüşüblər. İnfotour.az saytı tədbirə informasiya dəstəyi verib.