Turizm sənayesi obyektlərində xidmətin keyfiyyətinin müasir tələblərə uyğunluğunun və peşə hazırlığı səviyyəsinin öyrənilməsi, eləcə də mehmanxana və turizm şirkətləri tərəfindən göstərilən xidmətlərin dövlət standartlarına riayət olunmasının yoxlanılması və bu sahədə nöqsanların aradan qaldırılmasının təmin edilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən monitorinq keçirilir.
Monitorinqdə 2015-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan I Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək turistlərə yüksək səviyyədə xidmətlərin göstərilməsinin təmin edilməsinin yoxlanılması da nəzərdə tutulub.
Bu il ərzində monitorinqin 3 mərhələdə keçirilməsi planlaşdırılıb. 1-ci mərhələ Bakı-Abşeron bölgəsi üzrə (31 mart - 29 aprel), 2-ci mərhələ üzrə respublikanın regionlarında (23 iyun - 22 iyul) keçirilib. Oktyabrın 20-də 3-cü mərhələ üzrə Bakı şəhərində başlanan monitorinq noyabrın 13-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar