Bu ilin yanvar-iyun aylarında ölkəmizdə mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə üzrə xidmət göstərilən şəxslərin əsas hissəsi (80,2 faizi) turizm məqsədilə səfər edənlər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, turistlərin 34,6 faizi istirahət və əyləncə, 48,1 faizi işgüzar, 10,2 faizi müalicə, 7,1 faizi digər turizm məqsədilə gəlib. Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Naftalan, Xaçmaz, Lənkəran, Gəncə, Şəki, Quba, İsmayıllı və Masallıya istirahət etmək məqsədilə gələnlər daha çox olub.
Məlumatda qeyd edilir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanalarda bir gecə qalmaq üçün orta qiymət 77,8 manat olub. Bakı şəhəri üzrə bu göstərici ölkə üzrə orta göstəricidən yüksək olub və 125,9 manat təşkil edib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 0,4 faiz artaraq 79,8 milyon manata çatıb.
Gəlirlərin 69,5 faizi nömrələrin satışından, 19,9 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışından, 1,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Mehmanxanalarda çalışan işçilərin orta siyahı sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 faiz artaraq 8118 nəfərə çatıb.
Məlumatda bildirilir ki, 2014-cü ilin yanvar-iyun aylarında ölkədə mehmanxana və mehmanxana tipli obyektlərin sayı 527 olub. Mehmanxanalarda nömrələrin sayı 16 min 876 vahid, birdəfəlik tutum 34 min 731 çarpayı-yer təşkil edib. Birdəfəlik tutumun 11 min 807-si Bakının payına düşür.
Bu dövrdə mehmanxanalarda yerləşdirilmiş şəxslərin sayı 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 319 min nəfər olub ki, onların da 58,8 faizini xarici ölkə vətəndaşları təşkil edib. Mehmanxanalarda gecələyən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 min nəfər artaraq 187,7 min nəfərə çatıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar