Fransanın www.atlantico.fr internet saytında ölkəmizin turizm imkanlarından bəhs edən “Azərbaycan Avrasiyanın ürəyində xəzinə” sərlövhəli məqalə yerləşdirilib.
Azərbaycanın Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşdiyini diqqətə çatdıran müəllif Kuentən Dezurmon ölkəmizin tarixi və zəngin mədəniyyəti barədə Fransa oxucularına ətraflı məlumat verir, ölkəmizdə istirahət üçün hər cür şərait yaradıldığını və müxtəlif turizm marşrutları olduğunu bildirir.
Paytaxt Bakını əsl istirahət mərkəzi kimi səciyyələndirən jurnalist şəhərdə müasir arxitektura layihələri ilə yanaşı, dünya əhəmiyyətli tarixi abidələrin olduğunu da vurğulayır, Şirvanşahlar sarayı, möhtəşəm Qız qalası, “Atəşgah” məbədi haqqında söz açır.
Məqalədə Qobustan qoruğundan, Azərbaycan ərazisinin müalicəvi palçıq vulkanları ilə məşhur olmasından, habelə İpək Yolu üzərində yerləşən Şamaxıdan, dağlar qoynunda yerləşən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən, Şəki xanları sarayından, rayonun Kiş kəndində birinci əsrə aid alban kilsəsindən və s. bəhs edilir. Müəllif Azərbaycanda son zamanlar yeni turizm infrastrukturlarının istifadəyə verildiyini, ölkəmizə gələn turistlərin sayının ildən-ilə artdığını vurğulayır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar