Bu gün dünyada ən çox turist göndərən ölkələr ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, Yaponiya, Belçika, Danimarka, Hollandiya, ən çox turist qəbul edən ölkələr isə Fransa, ABŞ, İspaniya, İtaliya, Türkiyə, Malayziya, Yunanıstan, Portuqaliya, Çexiya, Polşadır.
Dünya Turizm Təşkilatının saytında verilən xəbərə görə, turizm gəlirləri baxımından aktiv ölkələrin reytinqində ilk üçlüyü İspaniya, Portuqaliya və ABŞ bölüşdürür. Sonrakı sıralamanı isə Türkiyə, İtaliya, Avstriya, Fransa, Yunanıstan və Malayziya tamamlayır. Təşkilatın ekspertlərinin hesablamalarına görə, turizmin iqtisadiyyata daha çox təsir göstərdiyi ölkələr Türkiyə, Malayziya, Portuqaliya, Meksika və Tailanddır.
Qeyd edək ki, DTT ekspertlərinin fikrincə, turizmin iqtisadi baxımdan bir çox mühüm cəhətləri mövcuddur. Bu sahə ilk növbədə iqtisadiyyatı inkişaf etdirən bir xidmət sektorudur. Eyni zamanda turizm milli gəlirə dəstək verən perspektivli bir sektor, milyonlarla insanı əlaqələndirən istehsal və istehlak hadisəsidir. Turizmin ən mühüm üstünlüklərindən biri də iş yerlərinin yaradılmasıdır.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar