2014-cü ilin sonunadək ölkəmizə gələn turistlərin sayında 3 faizədək artım gözlənilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə jurnalistlərə açıqlamasında bildirdi. Nazir qeyd etdi ki, turist sayında yarımillik artım faizi bir faiz təşkil edib, amma ilin axırınadək bu rəqəm artacaq. Nazirin sözlərinə görə, qonşu ölkələrdən, xüsusilə Rusiya və İrandan gələn turistlərin sayında azalmanın olması bu ölkələrdə baş verən daxili proseslərlə əlaqədardır. Ə.Qarayev əlavə etdi ki, Azərbaycan xaricdə öz turizm potensialı haqda daha çox təqdimatlar keçirməyə üstünlük verir. Digər regionlardan isə axın artmaqdadır. Bu da təbii ki, sevindirici haldır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar