Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Bakı konfransının yüksək səviyyədə təşkil olunmasında mühüm rol oynayıb. Büronun dəstəyi ilə ERRA-nın investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransı 27-28 oktyabr tarixində “JW Absheron Marriott” mehmanxanasında keçirilib. 30-dan artıq ölkədən 200-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda enerji sektoru, enerji təhlükəsizliyi, bərpa olunan enerji, enerji bazarlarında istehlakçıların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, su ehtiyatlarının tənzimlənməsi ilə bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
Azərbaycan Konqreslər Bürosu tədbir təşkilatçılarına bütün lazımi informasiya ilə yardım edib, məkanların seçilməsi, yerli təchizatçılarla əlaqələrin yaradılması və proqramlaşdırmada yaxından iştirak edib. Büro həmçinin tədbir zamanı Azərbaycanın işgüzar turizm məkanı kimi potensialının öyrənilməsi məqsədilə iştirakçılar arasında sorğu keçirib. Tədbir iştirakçılarından Bakının konfrans məkanı kimi seçimindən məmnun olub-olmadıqları, tədbirin təşkilini necə dəyərləndirdikləri öyrənilib. Bakının möhtəşəm və bənzərsiz turistik yerlərini gəzən qonaqlar, səfərdən məmnunluqlarını ifadə ediblər.
ERRA əsasən Mərkəzi Avropa və Avrasiya regionunda çalışan müstəqil enerji idarəçilərini bir araya gətirən təşkilatdır. 2001-ci ildə fəaliyyətə başlayıb, hazırda 24 tamhüquqlu, 5 assosiativ üzvü, 7 filialı var. Xatırladaq ki, 2013-cü ildə yaradılan Azərbaycan Konqreslər Bürosu ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi istiqamətində çalışır. ERRA-nın illik konfransının büronun dəstəyi ilə Bakıda keçirilməsi də buna bariz nümunədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar