Polşada turizm sərgisində ölkəmiz haqqında təqdimat

Polşanın Poznan şəhərində beynəlxalq turizm sərgisi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, sərgidə 30 xarici ölkə təmsil olunub. Səfirlik sərgidə «Bizi Azərbaycana nə cəlb edir?» adlı təqdimat keçirib. Təqdimatda səfir Həsən Həsənov ölkəmizin son illər əldə etdiyi uğurları, turizm potensialı və müasir standartlara cavab verən turizm infrastrukturu haqqında məlumat verib.
Təqdimatdan sonra səfir jurnalist və tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Sonra Poznanda keçirilən beynəlxalq turizm sərgisinin internet və facebook səhifələrində «Bizi Azərbaycana nə cəlb edir?» adlı müsabiqənin qaliblərinə Azərbaycan haqqında bələdçi kitabı və hədiyyələr təqdim olunub.
Tədbirin sonunda Azərbaycan turizmi haqqında videoçarx nümayiş etdirilib və milli mətbəximizin təamlarından ibarət ziyafət verilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar