Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi müvafiq təsnifat aparır. Təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan «Hotel Stars Criteria 2010-2014»ə uyğun hazırlanmış «Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə» AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.
Nazirlik tərəfindən oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən bəzi mehmanxanalara dərəcə sertifikatları verilib: «Four Seasons Hotel Baku, Azerbaijan» mehmanxanası (5 ulduz), «Park Hyatt» mehmanxanası (5 ulduz), «Askar» mehmanxanası (3 ulduz), «Nur-1» mehmanxanası (3 ulduz), «Nur-2» mehmanxanası (3 ulduz).
Beləliklə, respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 69-a çatıb.
«Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar»a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aşağıda göstərilən mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib: «Four Seasons Hotel Baku», «Karvan» mehmanxanası (Qəbələ), «Park Hyatt» mehmanxanası (Bakı).
Hazırda ölkə ərazisində lisenziya əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 301-dir.
Nazirlik ötən ay bir sıra şirkətlərə də turizm fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verib. Bunlar aşağıdakılardır: «Europe Travel Assistance», «Delta Group LTD» MMC, «Orient Travel» MMC, «Crystal Entertainment» MMC.
Azərbaycan ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 266-ya çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar