4-5 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 27 ölkənin səfirliklərinin təmsilçiləri üçün Şəki, Qəbələ və İsmayıllı marşrutu üzrə infotur keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, infotur zamanı diplomatlar Şəki, Qəbələ, İsmayıllı bölgəsinin zəngin turizm potensialı, tarixi-memarlıq abidələri, milli mətbəxi, adət və ənənələri ilə tanış olacaqlar. Eyni zamanda iştirakçılar üçün ölkəmizin turizm imkanlarını əks etdirən təqdimatlar keçiriləcək. Ölkəmizin turizm potensialının təbliği məqsədilə bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Fəxriyyə