Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu respublikamızın inkişaf edən biznes turizmi məkanı kimi tanınması istiqamətində fəaliyyətini davam etdirir. Bu yaxınlarda Konqreslər Bürosunun Almaniyanın biznes turizmi təmsilçiləri üçün təşkil etdiyi səfərə Avropanın səyahət və turizm üzrə ixtisaslaşan «CIM» («Conference & İncentive Management») jurnalının əməkdaşı da qatılmışdı.
Nəşrin növbəti nömrəsində ölkəmizin turizm bazarının potensialı haqqında geniş yazı dərc olunub. «Azərbaycan - görüş məkanı» sərlövhəli yazıda ölkəmizin MİCE (biznes turizmi) bazarının güclü tərəfləri və potensialı, beynəlxalq səviyyəli tədbirlərin təşkilində imkanları, turizm sektorunun inkişafı istiqamətində görülən işlərdən bəhs edilir. «Azərbaycanı seçmək üçün 10 əsas səbəb» sərlövhəsi altında isə ölkəmizin dinamik inkişaf edən məkan kimi cəlbediciliyindən söhbət açılıb.
İngilis və alman dillərində çap olunan aylıq «CIM» jurnalının 60 mindən çox oxucusu var. Oxucular əsasən turizm sahəsində çalışan mütəxəssislərdir. Media bazarında əlli ildən artıq fəaliyyət göstərən jurnal 17 min nüsxə ilə buraxılır və aparıcı səyahət agentlikləri, assosiasiyaları, təşviqat və turizm şirkətləri, firmaları ilə əməkdaşlıq edir.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar