Oktyabrın 24-də Qazaxıstanın Şımkent şəhərində beynəlxalq turizm forumu keçirilib. Azərbaycanı tədbirdə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov və qurumun idarə heyətinin üzvü, «Caspian Sea Resort»un baş direktoru Bəşir Hacıyev təmsil edib.
Müzəffər Ağakərimovun sözlərinə görə, forumda turizm sahəsinin problemləri və inkişaf perspektivləri müzakirə olunub. Tədbirdə Müzəffər Ağakərimovun «İpək yolu turizm fəaliyyətində yeni imkanlar yaradır» mövzusunda məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, forumda Fransa, BƏƏ, Macarıstan, Türkiyə, Rusiya və digər ölkələrin təmsilçiləri də iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar