“Baku Guide" bələdçi kataloqunun noyabr sayı çapdan çıxıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun noyabr sayı işıq üzü görüb.

"Bakı haqqında hər şey" ("All about Baku") konseptində, Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrin yeni sayı da zəngin və dolğun materialları ilə seçilir.
Paytaxtımıza təşrif buyuran turistlərin və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinlərinin ixtiyarına verilən kataloqda Bakının teatr və konsert salonlarının, kino mərkəzlərinin noyabr ayı üçün geniş repertuarı əksini tapıb. Bakıda gerçəkləşən III Beynəlxalq Teatr Konfransı haqqında məlumat, Heydər Əliyev Mərkəzində Bernard Buffetin sərgisi, Muzey Mərkəzində Aleksandra Kukinovanın farfor kuklalar sərgisi və digər mədəniyyət tədbirləri barədə informasiya və afişalar da nəşrdə yer alıb.
Nəşrdə Bakının küçə və meydanları, şəhər və şəhərətrafı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatları, ünvan və əlaqə telefonlarını əldə etmək olar. Tarixi abidələr bölməsində İçərişəhər, Qobustan, Yanardağ, Qala qoruqları haqqında üç dildə materiallar verilib.
Bakı Beynəlxalq Caz Festivalında uğurlu çıxışı ilə seçilən Kreyq Tebornun təəssüratları, XIX əsrin sonu - XX əsrin əvvəlində Nobel qardaşlarının Bakıda fəaliyyəti, 9 noyabr - Dövlət Bayrağı Günü ilə bağlı yazılar da oxuculara təqdim olunur.
Hər sayda yenilənən “Milli mətbəx” rubrikasının, eləcə də "Bakıdan xatirə", "Bakını "City Sightseeng"lə kəşf edin" və digər bölmələrin materialları da maraq doğuracaq.
Şəhərimizin gənc əcnəbi qonaqları da diqqətdən kənarda qalmayıb. Aktiv, adrenalin dolu istirahətə üstünlük verənlər onları maraqlandıran əyləncə gecələri, konsert və partilər barədə məlumat əldə edə biləcəklər.
Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Turizm agentləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. məlumatlar bələdçi kataloqunda əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar