ATİ-də konfrans keçirilib

Azərbaycan Turizm İnstitutunda (ATİ) «Ekoloji Tarazlıq» İctimai Birliyi, «Ketury» (Finlandiya) İctimai Birliyi, Finlandiyanın Turku Tətbiqi Elmlər Universiteti tərəfindən icra edilən «Azərbaycanda dayanıqlı sahibkarlığın inkişafı və Azərbaycan kəndlərində əl sənətkarlığının dəstəklənməsi» layihəsinə dair yekun konfrans keçirilib. Layihə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Azərbaycanda ekoloji turizmin inkişafına həsr olunan tədbiri ATİ-nin rektoru Cəfər Cəfərov açaraq layihə barədə danışıb. Bildirib ki, layihə çərçivəsində eyni zamanda ölkəmizdə və Finlandiyada turizm və sahibkarlıq ixtisası üzrə təhsil alan tələbələr və mütəxəssislər arasında fikir mübadiləsi aparmaq, qazanılan təcrübələri bölüşmək nəzərdə tutulub.
Konfransda Azərbaycanın ekoloji turizm potensialı, bu istiqamətdə yaradılan marşrutlar, həyata keçirilən tədbirlərlə bağlı yeddi məruzə dinlənilib, təklif və suallar layihə iştirakçıları tərəfindən ətraflı cavablandırılıb.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar