Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil edir.
Qış mövsümünün yaxınlaşması nəzərə alınaraq noyabrın 17-də Qusar rayonundakı "Şahdağ" qış-yay turizm kompleksində xidmət sahəsi üzrə təlim-tədris kursları başlanıb. Noyabrın 24-dək davam edəcək layihənin məqsədi "Şahdağ" turizm kompleksində xidmət səviyyəsinin günün tələbi səviyyəsində qurulmasıdır.
Kurslarda beş sahə - mehmanxana idarəçiliyi, qeyd-qəbul, xadiməçilik, masa xidməti və yeməklərin hazırlanması - mətbəxdə qida gigiyenası ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar