Özbəkistan saytlarında məqalələr dərc olunub

Daşkənddəki podrobno.uz saytında Azərbaycanın Naftalan kurort-şəhərindən bəhs edən məqalə yerləşdirilib. Saytın müxbiri Dilnoza Aşurbekova məqalədə Naftalan şəhəri və burada çıxarılan neftin müalicəvi xüsusiyyətləri haqqında ətraflı məlumat verir. Qeyd edilir ki, Naftalanın tarixi 1873-cü ilə gedib çıxır. O vaxtlar burada əllə neft quyuları qazılırdı.
Müəllif yazır ki, Naftalan kurortu 1926-cı ildən fəaliyyət göstərir və burada nevroloji, dəri, uroloji, ginekoloji, ümumiyyətlə, 70-dən artıq xəstəlik müalicə olunur. Hazırda Naftalanda neft vannaları müasir müalicə üsulları ilə birlikdə tətbiq edilir və yaxşı nəticə verir. Naftalanda dünyada yeganə «Çəlik muzeyi» yaradılıb. Bu şəhərə çəliklə gələnlər əl ağaclarını həmin muzeyə verib gedirlər. Bu da Naftalan neftinin möcüzəli təsirini təsdiq edir.

* * *
Özbəkistanın uchildiz.uz saytında isə Azərbaycan ənənəvi çörək məmulatı - lavaş haqqında geniş material dərc edilib. Saytın müxbiri Tulkin Eşbekin məqaləsində deyilir ki, Azərbaycanda qədim dövrlərdən bişirilən lavaşın 6 min ildən çox yaşı var. Sacda bişirilən lavaş dəyirmi formadadır. Lavaş nazik olduğundan bişirildikdən bir müddət sonra quruyur və istifadə edildikdən 20 dəqiqə əvvəl sulanır və yumşaq hala gətirilir. Qədimdə təndirdə lavaşla bərabər 30 cür çörək bişirilirdi.
Məqalədə o da vurğulanır ki, Mahmud Kaşğarinin məşhur “Divani Lüğəti-Türk”, Yusif Balasaqunlunun “Kutatqu bilik” əsərlərində, həmçinin Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Xaqani Şirvaninin kitablarında lavaşın adı çəkilir. Materialda bildirilir ki, Azərbaycan lavaşı Qafqaz, Orta Asiya, Asiya, Avropa ölkələri və Amerikada Qafqaz lavaşı adı ilə çox populyardır.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar