Belarus Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professoru Yelena Makarovanın noyabrın 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Mədəniyyət müəssisələri əməkdaşlarının peşəkarlıq meyarları: müasir tələblər və formalaşmış ənənələr" mövzusunda adlı seminarda mühazirə ilə çıxış etməsi barədə məlumat vermişdik. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəvət olunan qonaq noyabrın 19-da Azərbaycan Turizm İnstitutunda seminar keçib.
Əvvəlcə ATİ-nin rektoru Cəfər Cəfərov çıxış edərək belaruslu alimin instituta gəlişindən məmnunluğunu bildirib, bu görüşü hər iki ölkənin ali təhsil ocağı arasında gələcək əməkdaşlığa zəmin kimi dəyərləndirib.
ATİ-nin müəllim-tələbə heyətinin iştirakı etdiyi seminarda Y.Makarovanın mühazirəsi maraqla dinlənilib. Belaruslu alim iştirakçıların suallarını cavablandırıb. Seminarda Mədəniyyət və Turizm Nazirliyi Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev də iştirak edib.
Fəxriyyə Abdullayeva